Yayda tikinti materialları bahalaşacaq?
    • 3-05-2024, 18:51
    • 406

Yayda tikinti materialları bahalaşacaq?

Artıq yay aylarına doğru getdiyimizi nəzərə alsaq, tikintilərin də çoxalması təbiidir. Həmçinin azad edilmiş ərazilərdə aparılan tikinti işlərini də nəzərə alsaq, qarşıdakı aylarda tikinti materialları bazarında qiymət dəyişikliyi ola bilərmi?

News24.az bildirir ki, mövzu ilə bağlı Metbuat.az-a danışaq iqtisadçı Emin Qəribli bildirib ki, müəyyən nüansları nəzərə alsaq, yayda tikinti materiallarına tələbat yüksək olacaq:

"Təbii ki, bu aylarda tikinti daha çox aparılır, tələbat çoxalır. İqtisadi qanunlara görə, hər hansı bir məhsul məhdud saydadırsa, qiyməti arta bilər. Hazırda əksinədir, satıcılar bilirlər ki, tikinti artıb və tələbat artan məhsulları çox gətirirlər, rəqabət gedir. Qarşıda COP29 tədbiri var, dövlət xərcləri çoxalır, digər tərəfdən Qarabağda tikinti aparılır. Hesab edirəm ki, tikinti materiallarına tələbat artacaq. Satıcılar, idxal edənlər də artıq bunu bilir ki, yay aylarında tələbat çox olacaq, buna hazırlaşırlar".

İqtisadçının sözlərinə görə, hər hansı fors-major hal yaşanarsa, qiymətlər o zaman tikinti bazarına təsir edə bilər.