Binəqədidə “Prius”dan düşən sürücünü maşın vurdu - ANBAAN VİDEO
    • 6-05-2024, 13:41
    • 189

Binəqədidə “Prius”dan düşən sürücünü maşın vurdu - ANBAAN VİDEO

Bakının Binəqədi rayonunda piyada vurulmasıyla nəticələnən qəza anbaan kameraya düşüb. 

News24.az Avtosfer.az-a istinadla bildirir ki, hadisə mayın 3-ü saat 13:02 radələrində Binəqədi qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “Opel” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Belə ki, piyada qismində olan sürücü “Toyota Prius” markalı avtomobili park edir və yalnız sol tərəfə baxaraq yolu keçir. Bu zaman sağdan gələn maşına çırpılaraq bir neçə metr önə sıçrayır. Ayağından xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. 

Qeyd edək ki, piyada qəzanın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, diqqətsizlik edərək yolu keçdiyini bildirsə də, sürücünün avtomobili nəzərdə tutulandan (40km/saat) yüksək sürətlə sürdüyünü iddia edib.