Almaniya Rusiyadakı səfirini geri çağırdı
    • 6-05-2024, 17:00
    • 206

Almaniya Rusiyadakı səfirini geri çağırdı

Almaniya Moskvanı Almaniya Sosial Demokrat Partiyasına (SPD) kiberhücumda ittiham etdikdən sonra Rusiya Federasiyasındakı səfiri Aleksandr Lambsdorffu geri çağırıb.

News24.az xəbər verir ki, bu barədə mayın 6-da Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat yayıb.

“Əlavə olaraq sizə məlumat verə bilərəm ki, xarici işlər naziri Annalena Berbok Moskvadakı səfir Lambsdorffu məsləhətləşmələr üçün Berlinə geri çağırmaq qərarına gəlib”, - XİN sözçüsü bildirib.

O, Lambsdorfun bir həftə Berlində qalacağını, sonra Moskvaya işə qayıdacağını söyləyib.

Mehriban Mirzəzadə