-
- 7-05-2024, 11:44
- 178
"Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməlidir" - Zahid Oruc
Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyasını addım-addım irəliyə aparması, regionda sülhü qazanması olmalıdır.
News24.az-ın məlumatına görə, bunu parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc mayın 7-də, Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, sanksiyalara cavab kimi həmçinin Azərbaycan qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməlidir.
Millət vəkili əlavə edib ki, dünya 90-cı illərdə məğlub olan ölkə ilə indi Zəfər qazanan Azərbaycanı müqayisə edirlər.
"Bizdən xarici siyasəti dəyişməyi tələb edirlər. Bizim sanksiyalara cavabımız iqtisadiyyatımız gücləndirmək, böyük qayıdışımızı sürətləndirməkdir".
Şəhanə