"Təbii adalarımız abadlaşdırılsın" - Deputat
    • 7-05-2024, 12:13
    • 99

"Təbii adalarımız abadlaşdırılsın" - Deputat

“Süni adaların yaradılması məsələsi ciddi məsələdir, bir sıra Yaxın Şərq ölkələrində bunun nümunələri var”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, ölkəmizdə təbii adlar var:

"Böyük Zirə, Nargin adası və s. bu kimi adalar demək olar boşdur. İstərdim ki, Nargin  abadlaşdırılsın.  Nargin adasını Bakının ulduzuna çevirmək, oradakı acı xatirəni unutdurmaq olar. Orada saxlanılan əsirlərin xatirəsi əbədiləşdirilə bilər. Süni adadan əvvəl təbii adaları abadlaşdırmaq lazımdır”.

Şəhanə