Məşhur müğənni azadlığa buraxıldı - FOTO
    • 9-05-2024, 13:35
    • 316

Məşhur müğənni azadlığa buraxıldı - FOTO

İstanbul Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları araşdırma çərçivəsində müğənni Kalben Sağdıçın Beyoğludakı evində dünən əməliyyat keçirib.

News24.az xəbər verir ki, ünvanda aparılan axtarış zamanı 3 ədəd 15 qram skunk, 2 min avro, 730 dollar və 1500 lirə ələ keçirilib.

Kalben Sağdıç "lisenziyasız və ya lisenziyanı pozaraq narkotik və ya stimullaşdırıcı maddələr istehsal, idxal və ya ixrac etmə" cinayətinə görə saxlanılıb.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Kalbenin ilk ifadəsində ələ keçirilən narkotikləri satmadığını və özünü istifadə etdiyini iddia etdiyi öyrənilib.

Eyni zamanda əməliyyatın görüntülərində Sağdıçın evindən bəzi əşyaları eyvanından bağçaya atdığı və qara rəngli oyuncaq avtomobilin akkumulyator bölməsində gizlədilmiş narkotik maddələrin tapıldığı görünür.

Prokurorluqdakı proseslərin ardından Kalben Sağdıç xaricə çıxış qadağası ilə məhkəmə nəzarəti tələbi ilə Növbətçi Sülh Cəza Hakimliyinə sövq edilib.

Müğənni Kalben hakimlik tərəfindən məhkəmə nəzarəti müddəaları tətbiq edilərək sərbəst buraxılıb.

Günel Məlikzadə