Qəzzada atəşkəs danışıqları
    • 9-05-2024, 22:30
    • 126

Qəzzada atəşkəs danışıqları

İsrailli girovların qohumları Netanyahu hökumətinə müraciət etməkdə davam edir.

News24.az xəbər verir ki, İsrailin hücumlarının 7 aydan çox davam etdiyi Qəzzada dalana dirənən atəşkəs danışıqları bu gün də davam edir.

Misirin Əl-Qahirə televiziyası bildirib ki, mübahisəli məqamlar üzrə kompromis düstur tapmaq üçün bütün tərəflərin iştirakı ilə Qahirədə Qəzzada atəşkəs danışıqları yenidən başlayıb.

Reuters-in məlumatına görə, İsrail rəsmisi dünən Qəzzada bəzi girovları azad edəcək atəşkəs üçün Həmas ilə Misirin vasitəçiliyi ilə aparılan danışıqlarda irəliləyiş əlaməti görmədiyini bildirib.

Rəsmi əlavə edib ki, İsrail orta səviyyəli danışıqlar aparan nümayəndə heyətini hələlik Qahirədə saxlayır.

Günel Məlikzadə