Ronaldo keçmiş komanda yoldaşı ilə oynaya bilər
    • 10-05-2024, 14:56
    • 211

Ronaldo keçmiş komanda yoldaşı ilə oynaya bilər

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro Səudiyyə Ərəbistanı klubuna keçə bilər.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, 32 yaşlı futbolçunun nümayəndələri Kazemironun "Mançester Yunayted" və "Real"dakı keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun oynadığı "Əl-Nəsr"la danışıqlar aparır.

"Əl-Nəsr" mankunianlılara Kazemironun transferi üçün 40 milyon funt-sterlinq, futbolçunun özünə isə 3 illik müqavilə təklif etmək niyyətindədir.

Braziliyalı yarımmüdafiəçinin "qırmızı şeytanlar"la müqaviləsi 2026-cı ildə başa çatır. Bu mövsüm o, İngiltərə klubunun heyətində bütün turnirlərdə 29 oyun keçirib, 5 qol vurub, 3 məhsuldar ötürmə edib.