Sel fəlakəti: Ölənlərin sayı artdı
    • 10-05-2024, 17:13
    • 312

Sel fəlakəti: Ölənlərin sayı artdı

Braziliya leysan yağışların yaratdığı sellə mübarizə apararkən, fəlakətdə insan itkiləri artır.

News24.az xəbər verir ki, Rio Qrande-du-Sul əyalətində daşqın nəticəsində həyatını itirənlərin sayı 113-ə yüksəlib.

Səlahiyyətlilər itkin düşdüyü bildirilənlərin sayının 146-ya yüksəldiyini, buna görə də can itkisinin arta biləcəyini bildirib.

Daşqınlar səbəbindən 23 min insanın evlərindən təxliyə edildiyi ştatda küçələr su altında qalıb, yollar zədələnib, körpülər uçub.

Qeyd edək ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva "fəlakət vəziyyəti" elan edilən əyalətdə daşqından zərər çəkmiş əraziləri havadan tədqiq edib.

Lula, "Qubernator və nazirlərimə dedim ki, federal hökumət hər cür səy göstərəcək. Biz bunun öhdəsindən gələcəyin".

Günel Məlikzadə