-
- 11-05-2024, 16:50
- 551
Damarlar üçün faydalı qidalar – Açıqlama
“Omeqa 3 yağ turşuları olan qidalar damar funksiyasını yaxşılaşdıran vacib qidalar hesab olunur”
News24.az Medianews.aza istinadla xəbər verir ki, bunu diyetoloq Mixail Ginzburq “Veçernaya Moskva” nəşrinə bildirib.
Onun sözlərinə görə, damarlar üçün yağlı balıq və Omeqa-3 yağ turşuları ilə zəngin qidalar qəbul olunmalıdır. Onlar aterosklerozun inkişaf riskini azaldır və antiinflamatuar təsir göstərir.
Omeqa-3 qanda xolesterinin balansını normallaşdırmağa kömək edir, “pis” xolesterolun miqdarını “yaxşı” xolesterolun xeyrinə azaldır.
Öz növbəsində tərəvəz, göyərti, meyvə və giləmeyvə vitaminlər və antioksidantlarla zəngindir və qan damarlarını zədələnmədən qoruyur.
İtburnu və yaşıl çaydan hazırlanmış içkilərə də üstünlük verməlisiniz, çünki onların tərkibində qan damarlarının divarlarını gücləndirən və qan dövranını yaxşılaşdıran flavonoidlər var.