-
- 13-05-2024, 14:41
- 269
Keçmiş bürokrat 6 qadına təcavüz etdi
Yaponiyada keçmiş nazirlik bürokratı Sato Dai 6 qadına yuxu dərmanı verərək onlara cinsi təcavüz etdiyi üçün 10 il həbs cəzasına məhkum edilib.
News24.az xəbər verir ki, Tokio Rayon Məhkəməsi 2022-ci ilin iyul-dekabr aylarında paytaxtda cinsi zorakılıqlar törətdiyi iddia edilən keçmiş Ticarət Nazirliyinin bürokratı Sato Dai-yə qarşı işə baxıb.
İttihama görə, prokurorluq Tokioda müxtəlif otel və restoranlarda içkilərinə narkotik qatdıqdan sonra qadınlara cinsi təcavüz edən Sato üçün 13 il həbs istəyib.
Məhkəmənin qərarına əsasən, 34 yaşlı keçmiş bürokrat Sato 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qərarda Satonun cinayətləri "təhlükəli, xəyanətkar və eqoist, ləyaqəti nəzərə almayan" kimi təsvir edilib.
Qərarla bağlı Hakimlər Kollegiyasının sədri Nakao Yoşihisa deyib:
"(Sato) zərərçəkənlər onu görmədiyi halda, müqavimət göstərə bilməməsi üçün içkisinə yuxu dərmanı qatıb. Bu, ləyaqəti heçə sayan ağır cinayətdir. Qərar qəbul etmək qabiliyyətini əlindən alaraq qurbanın öhdəsindən gələ bilər”.
Günel Məlikzadə