Türkiyə Mərkəzi Bankı 30 ton qızıl aldı
    • 13-05-2024, 22:20
    • 537

Türkiyə Mərkəzi Bankı 30 ton qızıl aldı

Türkiyə, Çin, Hindistan və Qazaxıstanın başçılıq etdiyi 10 mərkəzi bank bu ilin birinci rübündə 24 milyard dollar dəyərində qızıl alıb.

News24.az xəbər verir ki, Dünya Qızıl Şurasının məlumatına görə, bu rübdə 30 tonla ən çox qızıl alan bank TCMB olub.

Ümumdünya Qızıl Şurasının məlumatlarına görə, mərkəzi banklar bu ilin ilk üç ayında 24 milyard dollar dəyərində qızıl satın alaraq yeni rekorda imza atıblar.

Qeyd edək ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) cəmi 290 ton qızıl alan 10 mərkəzi bank arasında liderlik edir.

Ehtiyatlarına 30 ton qızıl əlavə edən Türkiyəni Çin, Hindistan və Qazaxıstan izləyib.

Günel Məlikzadə