-
- 13-05-2024, 17:49
- 1 408
AİLƏ FACİƏSİ: Arvadını öldürdü, oğlunu və kürəkənini...
Qaziantepdə ailə üzvləri arasında mübahisə düşüb.
News24.az xəbər verir ki, mübahisə böyüyərkən Halil Ö yanında olan silahla həyat yoldaşı, oğlu və kürəkəninin üzərinə atəş açıb.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə 112 Təcili Tibbi Yardım və polis qrupları sövq edilib.
Təcili yardım qrupları Halil Ö-nin həyat yoldaşı Zeynep Ö'nün (44) hadisə yerində həyatını itirdiyini təyin edib.
Halil Ö-nin oğlu İ.E.Ö yaralanıb. (15) və kürəkəni Hanifi Bozkurt xəstəxanaya yerləşdirilib. Yaralı İ.E.Ö-nin vəziyyətinin ağır olduğu öyrənilib.
Qeyd edək ki, şübhəli Xəlil Ö, polis qruplarına təslim olub.
Günel Məlikzadə