Putinin ilk xarici səfəri
    • 14-05-2024, 12:08
    • 228

Putinin ilk xarici səfəri

Çin dövlət mediasının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin mayın 16-17-də Çinə səfər edəcək. Rusiya lideri səfəri çərçivəsində Pekin və Harbin şəhərlərinə səfər edəcək.

News24.az xəbər verir ki, səfər Putinin martda keçirilən seçkilərdən sonra yeni altı illik prezidentlik müddətində ilk xarici səfəri olacaq. 

Putinin Çinə səfərini Rusiyanın TASS xəbər agentliyi də təsdiqləyib. TASS-ın məlumatına görə, səfər zamanı Putin və çinli həmkarı Si Cinpin iqtisadi, humanitar məsələləri müzakirə edəcək. Görüşdən sonra bəzi sənədlər imzalanacaq.

Xatırladaq ki, Putin sonuncu dəfə Çinə 2023-cü ilin oktyabrında səfər edib.

Günel Məlikzadə