-
- 7-05-2019, 16:15
- 1 076
48 ailə SEVİNƏCƏK - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev “Qobustan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb.
News24.az-ın xəbərinə görə, sərəncama əsasən Qobustan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3 (üç) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.