"Səhv danışaram, savadsız adamam..." - Şərurlu İsfəndiyar
    • 14-05-2024, 19:22
    • 371

"Səhv danışaram, savadsız adamam..." - Şərurlu İsfəndiyar

“Deputat olmaq fikrim yoxdur. Allah eləməsin. Mənim öz işim var, öz işimi görürəm. Gedib parlamentdə səhv danışaram, savadsız adamam, oxumamışam. Camaatı, dövləti aldadım?” 

News24.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) deyib. 

“Mənlik deyil, adımı belə şeylərdə hallandırmasınlar. Parlament seçkilərinə namizədliyimi irəli sürməklə bağlı təklif gəlsə, qətiyyən qəbul etmərəm”, - o bildirib.