Ramil Usubov Mədət Quliyevin qardaşı oğluna vəzifə verdi
    • 7-05-2019, 18:26
    • 2 969

Ramil Usubov Mədət Quliyevin qardaşı oğluna vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

News24.az ONA-ya istinadən xəbər verir ki,  daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Mətin Qulubəyli Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

M.Qulubəyli buna qədər Nizami RPİ-də çalışıb.

Qeyd edək ki, M.Qulubəyli Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin qardaşı oğludur.