Azərbaycanda rus bölməsi üzrə sinif sayı artırıla bilər
    • 15-05-2024, 13:12
    • 181

Azərbaycanda rus bölməsi üzrə sinif sayı artırıla bilər

Təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var. 

News24.az Modern.az-a istinadla xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, müraciət edənlərin sayı isə 10 minə çatıb.

"Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, müvafiq müəllim sayı uyğun olarsa, rus bölməsi üzrə sinif sayı artırıla bilər", - Eşqi Bağırov qeyd edib.