-
- 7-05-2019, 18:28
- 1 347
Çingizin "Eurovision" səhnəsində İLK MƏŞQİ - FOTO - VİDEO
“Düzünü desəm, səhnə quruluşunu sevirəm və bu tamamilə əladır. Bəllidir ki, səhnə üçün “Truth” mahnısından ilham alınıb. İdeya ondan ibarətdir ki, mənim yaralı ürəyim çox ağrayır və mən onu mexaniki ürəklə əvəz etməliyəm”.
News24.az xəbər verir ki, bu sözləri “Eurovision 2019”da ölkəmizi təmsil edən Çingiz Mustafayev deyib: “Hansısa bir robot mənə ürək ağrımdan canımı qurtarmağa və keçmiş sevgilimi unutmağa kömək edir. Başa düşürəm ki, mənə ancaq həqiqəti qəbul etmək, zəhərli sevgini dayandırmaq və ürəyimi işığa açmaq məni müalicə edə bilər”.
Unikal qrafika səhnədə Çingiz Mustafayevin tək olmasına baxmayaraq, sevgi hekayəsinin dramaturgiyasını anlatmağa kifayət edir. Görüntü 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsində qalib gələn Camalanın səhnəsi üçün vizual effektləri hazırlayan “Front Pictures Creative Studio” şirkətinə məxsusdur. Şirkət həmçinin “America’s Got Talent” və məşhur müğənni Pink-in “The BRIT Awards 2019” çıxışında da iştirak edib.
Kreativ studio səhnə qrafikasının hazırlanması üçün Moskvada yerləşən və regionun ən böyük şirkəti olan “GST” ilə əməkdaşlıq edib.
Azərbaycanın “Eurovision 2019” üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova açıqlamasında “Truth”un səhnə quruluşunun vizual cəhətdən heyran etdiyini və cəsarətli olduğunu açıqlayıb: “Azərbaycan 11 ildir ki, “Eurovision”da iştirak edir və siz bizim nümayəndə heyətinin yaddaqalan, atəşli, hətta romantik quruluşlarını görmüsünüz. Lakin bu, tamamilə yeni və emosionaldır. Səbirsizliklə tamaşaçıların Çingizlə bağlı fikirlərini gözləyirəm”.
Qeyd edək ki, Çingiz Mustafayev 16 may tarixində “Eurovision 2019” mahnı müsabiqəsinin II yarımfilanılnda 18 nömrə altında səhnəyə çıxacaq.