Çingiz ilk beşlikdədir - FOTO
    • 7-05-2019, 18:42
    • 1 028

Çingiz ilk beşlikdədir - FOTO

Təxminən 1 saat öncə ilk səhnə məşqini edən "Eurovision 2019" təmsilçimiz Çingiz Mustafayev bukmekerlərin siyahısında irəliləyib. 

News24.az xəbər verir ki, çıxışını uğurla başa vuran ifaçı siyahıda 5-ci pilləyə yüksəlib. 

Qeyd edək ki, Çingiz Mustafayev "Eurovision 2019"da 16 may tarixində II yarımfinalda "Truth" mahnısı ilə 18 nömrə altında səhnəyə çıxacaq.