Yanğın nəticəsində evlərə ziyan dəyib - İcra başçısı
    • 16-05-2024, 08:13
    • 338

Yanğın nəticəsində evlərə ziyan dəyib - İcra başçısı

Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur.

News24.az report.az-a istinadən xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib.

Onun sözlərinə görə, artıq yanğının tam söndürülməsi üçün işlər görülür:

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş verdiyi əraziyə yaxın fərdi yaşayış evlərinə cüzi olsa da ziyan dəyib. Əsas məqsədimiz yanğının tam söndürülməsinə nail olmaqdır".