Tanınmış aktyor təhqir olunur - FOTO
    • 7-05-2019, 22:29
    • 1 401

Tanınmış aktyor təhqir olunur - FOTO

Tanınmış aktyor Kamran Yunis təhqir olunur.

News24.az-ın məlumatına görə, bu barədə aktyor özü bildirib: "Axşamınız xeyir dostlar! Bu xanım artıq 4 ilə yaxındır ki, sosial şəbəkələrdə ( statuslarımda, inboks və direktdə) mənə hər cür təhqir və söyüşlər yazaraq məni alçaldır. Eyni zamanda dostlarıma yazaraq, mənim həyatım haqda bildi, bilmədiyi ağzına gələni yazır. Hətta deyir ki, guya mənimlə nişanlıdır və guya toyumuz olacaq. Dediyinə görə Ağdamın Guzanlı kəndindəndir. Mənimsə bu xanıma heç bir nə qəsdim, nə də qərəzim yoxdur. Sadəcə bu paylaşımı ona görə etdim ki, 21 - 22 yaşlarında olan bu xanımı tanıyanlar, lütfən onun böyüklərinə xahiş eləsin ki, bu xanımı yığışdırsınlar. Blokda 20 yaxın profili, telefonumda 20 yaxın nömrəsi blokda olmağına baxmayaraq hər dəfə yeni nömrə və ya yeni profildən yazır. Ən sonuncü anama söydüyünə görə, bu addımı atmağa məcbur oldum. Lütfən, tanıyanlar, bu xanımın anasına və ya doğmalarına desin ki, bu qızı məndən uzaq eləsinlər. Böyüklük göstərib səs yazılarını paylaşmıram. 
P.S. lütfən, bu xanım, kimlərə yazıbsa, siz də rəy bölümündə qeyd eləyin, əgər imkan varsa..."