Aygün Kazımova saatlarla asılı qaldı - Video
    • 16-05-2024, 13:40
    • 282

Aygün Kazımova saatlarla asılı qaldı - Video


Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə duet şəklində oxuduğu “Maşallah” klipindən kadrarxası görüntüləri paylaşıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, ifaçı ekran işində yaratdığı ən maraqlı və çətin obrazının hazırlıq məqamlarını yayımlayıb.

Obrazı yaratmaq üçün uzun hörüklərdən istifadə edilib. Həmin kadrlar çəkilən zaman Kazımovanın saçları saatlarla asılı vəziyyətdə qalıb. Meduza Qorqona obrazını xatırladan görünüş ekran işində ən yaddaqalan nüanslardan olub.

Qeyd edək ki, klip artıq yutub trendindədir.