Narkotik əməliyyatı: 30 həbs
    • 17-05-2024, 10:36
    • 224

Narkotik əməliyyatı: 30 həbs

Adana İl Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları 5-11 may tarixləri arasında şəhər mərkəzində narkotik vasitələrin yetişdirilərək satıldığı ünvanlarda əməliyyat keçirib.

News24.az xəbər verir ki, əməliyyat zamanı dibçəklərdə yetişdirilmiş 18 kilo 350 qram marixuana, yaşıl reseptlə əldə edilə bilən 32 min 826 narkotik təsirli dərman, 1012 ədəd narkotik həb, 112 ədəd hind çətənə kökü aşkar edilərək götürülüb.

Qeyd edək ki, nəzarətə alınan 53 şübhəlidən 30-u həbs edilib, 23-ü isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Günel Məlikzadə