Maşın gəzintiyə çıxarılan bağça uşaqlarını əzdi -2 ölü, 15 yaralı- VİDEO
    • 8-05-2019, 10:43
    • 1 105

Maşın gəzintiyə çıxarılan bağça uşaqlarını əzdi -2 ölü, 15 yaralı- VİDEO

Yaponiyanın Osu şəhərində avtomobil gəzintiyə çıxan bağça uşaqlarını əzib.

News24.az –ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, bədbəxt hadisə zamanı iki uşaq ölüb, 15 nəfərsə yaralanıb. Yaralananlardan 13 nəfəri 2-3 yaşlı uşaqlardır. Onlardan dördü huşsuz vəziyyətdədir. Həkimlər azyaşlıların vəziyyətinin ağır olduğunu bildiriblər. 

Məlumata görə, uşaqlar bağça yaxınlığında gəzintiyə çıxarılıb. Bu məqamda yolla şütüyən avtomobil zərblə uşaqlara çırpılıb.
İlkin versiyaya görə, avtomobil öncə başqa maşınlarla toqquşub, daha sonra isə uşaqlara tərəf istiqamətlənib.