Balıq suya düşən telefonu sahibinə qaytardı Hər kəsi şok edən VİDEO
    • 8-05-2019, 12:25
    • 969

Balıq suya düşən telefonu sahibinə qaytardı Hər kəsi şok edən VİDEO

News 24.az xarici mətbuata istinadla verdiyi xəbərə görə, Norveçdə rəfiqələri ilə birgə sahilə gəzməyə gedən qız hamını heyrətə gətirəcək mənzərə ilə rastlaşıb. 

O, sahilə yaxınlaşan iri “Beluqa” balığını sığallamaq üçün aşağı əyilib. Bu zaman cibindəki telefonu suya düşüb. 

Qız onu tutmağa çalışsa da, telefon suya batıb. Bunu görən heyvan cəld hərəktlə aşağı enərək telefonu ağzı ilə tutub. Daha sonra suyun üzünə qalxaraq onu sahibinə qaytarıb.

Heyvanın bu hərəkətini görən hər kəs şoka düşüb.