-
- 18-05-2024, 17:55
- 440
La Liqa klubları "Liverpul"un oyunçusunu almaq üçün yarışa başladı
"Liverpul"un 33 yaşlı yarımmüdafiəçisi Tiaqo Alkantara klubu tərk edir və karyerasını La Liqada davam etdirə bilər.
News24.az Lent.az-a istinadla bildirir ki, ispaniyalı futbolçu ilə dörd La Liqa klubu maraqlanır. Müqaviləsi bu yay başa çatacaq futbolçu üçün "Jirona", "Selta Viqo", "Real Sosyedad" və "Real Betis" yarışacaq. Klubları futbolçunun pulsuz transfer imkanı cəlb edir.
Alkantara 2020-ci ildən "Liverpul"da çıxış edir. İspan futbolçu cari mövsümü zədə səbəbindən buraxıb, cəmi bir dəfə meydana çıxıb. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur. Daha əvvəl Tiaqo tələbəsi olduğu "Bavariya" və "Barselona"da çıxış edib. Yarımmüdafiəçi hər iki klubla Çempionlar Liqasının qalibi olub.
Ümumilikdə, Tiaqo İngiltərə klubunun heyətində 98 matçda iştirak edib, o, üç qol vurub və altı məhsuldar ötürmə verib. "Liverpul"la birlikdə yarımmüdafiəçi İngiltərə Kubokunu və Super Kubokunu qazanıb.