Sevgilisinin cinsi orqanını kəsib öldürdü
    • 18-05-2024, 20:32
    • 366

Sevgilisinin cinsi orqanını kəsib öldürdü

ABŞ polisi Koloradoda “Woodspring Suites” otelinin otağında sevgilisini öldürməkdə ittiham olunan 32 yaşlı Şenqtinq Quonu saxlayıb. Gəncin ölümünə səbəb cinsi orqanının kəsilməsi olub.

News24.az Lent.az-a istinadla bildirir ki, saxlanılan şəxs isterika içində polisə özü zəng vurub və sevgilisinin öldüyünü deyib.

Otelə gələn polislər çarpayının üzərində qan içində olan çılpaq kişini cinsiyyət orqanı kəsilmiş vəziyyətdə tapıblar. Onlar oğlana ürək masajı etmək istəsələr də, nəticəsi olmayıb. Daha sonra zibil qutusunda gəncin kəsilmiş cinsi orqanı tapılıb.

Saxlanılan şəxs bildirib ki, sevgilisi yuxusunu pozduğu üçün əvvəlcə onunla mübahisə edib, səhər isə onu ayağından bıçaqlayıb. Sonra gəncin onun bətnindəki uşağının atası olub-olmaması ilə bağlı yenidən mübahisə ediblər. Münaqişənin qızğın vaxtında qadın sevgilisinin cinsi orqanını kəsib. Bundan sonra o, sevgilisinə kömək etmək qərarına gələrək, tibbi spirt, antibiotik və pivə üçün mağazaya gedib. Lakin sonradan oğlan ölüb.

Qatil hərəkətini sadəcə olaraq çox qəzəbli olması ilə izah edib.