Yaxın Şərqdə geosiyasi risk artır
    • 20-05-2024, 09:47
    • 371

Yaxın Şərqdə geosiyasi risk artır

İsraildə kabinet dəyişikliyinin və Səudiyyə Ərəbistanı kralının səhhətinin pisləşməsinin Yaxın Şərqdə geosiyasi risklərin artması ilə nəticələnə biləcək yeni qeyri-müəyyənlikləri ortaya çıxaracağı gözlənilir.

News24.az xəbər verir ki, İsrail müxalifətinin lideri olan, lakin Qəzzada əməliyyatlar üçün yaradılan döyüş kabinetində vəzifə yerinə yetirən Benny Gantz, iyunun 8-dək Qəzza ilə bağlı yeni planın irəli sürülməyəcəyi təqdirdə, döyüş kabinetindən istefa verəcəyini açıqlayıb. 

Qantsın istefası müharibə kabinetinin dağılması ilə nəticələnməyəcəksə də, bunun İsrailin baş naziri Benyamin Netanyahuya təzyiqləri artıracağı gözlənilir. Netanyahu sonuncu dəfə bazar ertəsi ABŞ Milli Təhlükəsizlik Şurasının sədri Jake Sullivan ilə görüşüb.

Digər tərəfdən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman Kral Salmanın səhhətinin pisləşməsi səbəbindən Yaponiyaya səfərini ləğv edib. Səudiyyə Ərəbistanının 88 yaşlı kralı Salman Bin Əbdüləziz ağciyər iltihabı səbəbindən xəstəxanaya yerləşdirilib.


Günel Məlikzadə