
-
- 20-05-2024, 16:13
- 266
Belqorodda yaşayış məntəqələri işıqsız qaldı
Ukrayna hərbçilərinin atəşə tutması nəticəsində Belqorod vilayətinin 6 yaşayış məntəqəsi elektriksiz qalıb.
News24.az xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.
“Krasnoyaruz rayonunun Qrafovka kəndinin ətrafı Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Elektrik xətti zədələnib, 6 yaşayış məntəqəsində: Prilesye, Qrafovka, Nadejevkada, Demidovka, Popovka və Repyaxovka kəndində abonentlər müvəqqəti olaraq işıqsız qalıb. Fövqəladə hallar qrupları Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə razılaşdıqdan sonra nəticələrin aradan qaldırılmasına başlayacaq”, - Qladkov yazıb.
Onun məlumatına görə, Şebekinski şəhər rayonunun Novaya Tavoljanka kəndi də atəşə tutulub. Atəş nəticəsində ölən və yaralanan olmayıb, bir fərdi yaşayış binası yanıb, elektrik xətti də sıradan çıxıb.
Günel Məlikzadə