Gəlinlik paltarı tabutuna büküldü - FOTO
    • 20-05-2024, 20:50
    • 499

Gəlinlik paltarı tabutuna büküldü - FOTO

Türkiyənin Aydın vilayətində tibbi işçisi olan Nəzifə Çələbinin gəlinliyə bükülmüş tabutu işlədiyi qurumun qarşısına gətirilib və həmkarlarından hallalıq istənilib.

News24.az Azerforum-a istinadla xəbər verir ki, Nəzifə Çələbi səhhətində qəfil narahatlıq keçirdikdən aparıldığı xəstəxanada dünyasını dəyişib.

40 yaşlı Çələbinin kədərli xəbəri başda ailəsi olmaqla səhiyyə ictimaiyyətində böyük kədərə səbəb olub.

Mərasimdə həmkarları göz yaşlarını saxlaya bilməyiblər.