-
- 20-05-2024, 18:33
- 275
Nazir xidmət rəisini vəzifəsindən azad etdi
Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətində kadr dəyişikliyi olub.
News24.az "Qaynarinfo"ya istinadla bildirir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə xidmətin rəisi Fuad Ramiz oğlu Bağırov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə sözügedən xidmətə Əkrəm Xanlar oğlu Qəhrəmanov rəis təyin olunub.
Əkrəm Qəhrəmanov uzun illər Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin xüsusi avadanlığın təchizatı üzrə aparıcı mühəndisi vəzifəsində çalışıb.