Bakıda iki avtomobil toqquşdu: xəsarət alan var
    • 21-05-2024, 08:14
    • 234

Bakıda iki avtomobil toqquşdu: xəsarət alan var


Bakının Suraxanı rayonunda 29 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

News24.az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərova Xədicə Bayram qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.