Zaqatalada 3 yaşlı uşaq dərmandan zəhərləndi
    • 21-05-2024, 09:56
    • 223

Zaqatalada 3 yaşlı uşaq dərmandan zəhərləndi

Zaqatalada 3 yaşlı uşaq həşarat dərmanından zəhərlənib. 

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. 

Şəhər sakini, 2021-ci il təvəllüdlü Eşqin Afiq oğlu Məmmədov gəmiriciləri məhv etmək üçün istifadə edilən dərmandan zəhərlənib.

Təcili xəstəxanaya çatdırılan azyaşlıya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti normallaşıb. 

Faktla bağlı araşdırma aparılır.