"Dövlət orqanlarına inam var" - Zahid Oruc
    • 21-05-2024, 11:46
    • 175

"Dövlət orqanlarına inam var" - Zahid Oruc

İnsan alveri ilə mübarizəni yalnız bir qurum apara bilməz.

News24.az bildirir ki, bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisdə çıxışı zamanı deyib.

Deputat bildirib ki, kiberfaktlarla insan alverinin aşkarlanması ile 58 fakta görə cinayət işi başlanılıb.

"152 qaynar xəttə ay ərzində daxil olan 900-ə yaxın zəng onu göstərir ki, dövlət orqanlarına inam var. Buna görə də bu sahədə işçilərin sayının artırılmasını məsləhət görürəm", - deyə millət vəkili qeyd edib.

Şəhanə