-
- 22-05-2024, 20:39
- 581
Faydalı nanə kimlər üçün təhlükəlidir?
Nanə dəmləməsi, çayı, yayda nanəli detoks sərin sular bəzi qrup insanlar üçün risklidir.
News24.az “Medicina”-a istinadən xəbər verir ki, endokrinoloq Viktoriya Yeliseyeva 2 qrup xəstələri xəbərdar edib.
“Varikoz və aşağı təzyiqi, qanazlığı olanlarda nanə vəziyyəti qəlizləşdirə bilər.
Eləcə də nanə cövhəri,nanə yağı 2 yaşa qədər uşaqlara olmaz, çünki mentol nəfəs yolunu tıxayıb, apnoe yarada bilər.
Hamilələrə də nanə yağı əks göstərişdir.
Əksər insanlar üçün nanə təhlükəsizdir, ona qarşı allergiya da nadir halda olur.
Nanədə olan efir yağları, A vitamin, mentol antioksidant təsir edir.
Amma nanə allergiya verərsə, burun tutulması və nəfəsdə çətinlik olar.
Mədə həzm sisteminin dərmanı hesab olunsa da, çox miqdarda neqativ təsir edir, qıcıqlanma və ishal yarada bilər.
Nanə sidikqovucu, ağrıkəsici, ürək döyüntüsünü sakitləşdirir.
Çox sayda vitamin, marqans, sink, fosfor, valerian, sirkə, linolin, melissa turşusu var.
Dietoloqlar nanəni təbii piy yandırıcı kimi tövsiyə edir.
Əgər şirniyyat yemisizsə, üzərindən bir fincan nanə çayı içmək kifayətdir”.