İkinci dəfə ana olacaq
    • 23-05-2024, 23:30
    • 10 954

İkinci dəfə ana olacaq

2019-cu ildə Barselonada basketbolçu Caner Erdenizlə ailə quran Müge Boz son aylarda ikinci dəfə ana olacağını açıqlayıb.

News24.az xəbər verir ki, hamiləlik pozalarını tez-tez izləyiciləri ilə paylaşan Müge Boz doğumdan bir neçə gün əvvəl müayinə üçün xəstəxanaya gedib.

Körpəsinin ürək döyüntülərini dinləyən Müge Boz o anları sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Məşhur aktrisa paylaşımında "Həyəcan pik həddə çatıb, son yoxlamalarımız... Allaha şükür, hər şey qaydasındadır" sözlərini yazıb.

Vina adlı qızı olan Müge Boz körpəsinin cinsini doğuş zamanı öyrənəcəyini açıqlayıb.

Günel Məlikzadə