"Oreo" istehsalçısına 337 milyon avro cərimə
    • 23-05-2024, 16:10
    • 255

"Oreo" istehsalçısına 337 milyon avro cərimə

Aİ Komissiyası ABŞ-da yerləşən Mondelez International şirkətinin Aİ rəqabət qaydalarını pozduğuna görə cərimələndiyini açıqlayıb.

News24.az xəbər verir ki, Mondelez International-ın dünyanın ən böyük şokolad və biskvit istehsalçılarından biri olduğunu xatırladan şirkət portfelində Cote d'Or, Milka, Oreo, Ritz, Toblerone və TUC kimi tanınmış şokolad, biskvit markaları, həmçinin 2015-ci ilə qədər HAG, Jacobs, Velours, Noir kimi qəhvə brendlərinin sahibi olduğu qeyd edilib.

Açıqlamada, Komissiyanın araşdırması nəticəsində şirkətin müxtəlif şokolad, peçenye və qəhvə məhsullarının transsərhəd ticarətini məhdudlaşdırmağa yönəlmiş rəqabətə zidd razılaşmalar və ya təcrübələr apardığı müəyyən edilib. Tablet şokolad satışında müəyyən milli bazarlarda hakim mövqeyindən sui-istifadə edib.

Mondelezin qeyri-qanuni hərəkətlərinin pərakəndə şirkətlərin üzv ölkələrdə daha ucuz qiymətə məhsul təqdim etməsinə mane olduğu, daxili bazarı süni şəkildə böldüyü, bu təcrübələrin Aİ rəqabət qaydalarına zidd olduğu və bu səbəbdən şirkətin 337,5 milyon avro cərimələndiyi bildirilib. 

Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmamasını yoxlamaq səlahiyyətinə malikdir.

Aİ Komissiyası rəqabət və ya antiinhisar qanunlarını pozan bir vəziyyət aşkar edərsə, bu araşdırmaya son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.

Günel Məlikzadə