“Kartla ödəniş insanları bədxərcliyə sövq edir” – İqtisadçı ekspert açıqlayır – ÖZƏL
    • 23-05-2024, 22:59
    • 360

“Kartla ödəniş insanları bədxərcliyə sövq edir” – İqtisadçı ekspert açıqlayır – ÖZƏL

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrü bu göstərici 22.2% artıb. İnsanlar həm yerli, həm də xarici alış-veriş prosesi zamanı kartlardan ödəniş etməyə üstünlük verirlər. Ödəniş kartlarından daha çox istifadə olunmasının iqtisadiyyata nə kimi təsirləri var? Kartla önədiş insanları daha çox pul xərcləməyə sövq edir?

News24.az xəbər verir ki, məsələ ilə bağlı Ednews-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, bank kartlarından istifadə edilməsi insanlara bir çox üstünlüklər verir.

“Maliyyə savadlılığı artdıqca insanlar nağd ödənişindənsə kart ödənişinə üstünlük verirlər. Bunu təbii ki,bütün təbəqələr üçün deyə bilmərik. Əsasən, gənc və orta nəslin nümayəndələri kartla ödənişə daha çox üstünlük verirlər. Əslində 10-15 il geriyə baxsaq bu heç də belə deyildi. 

Kartla olan ödənişlərdə ƏDV-dən ödənilən məbləğin nağda nisbətən daha çox olması, keşbek xidməti, kart qalığına əlavə faiz, elektron ticarətin inkişafı və.s bu kimi faktorlar kartla istifadəyə daha çox şərait yaradıb. Bu ödəniş metodu vətəndaşlar üçün həm də bir növ daha güvənli oldu, digər tərəfdən isə insanlar bu yolla aylıq xərclərin hesabatını görə bilirlər. Bu təbii ki, dövlət üçün də həm çirkli pulların ortaya çıxaması baxımından, həm də vergi baxımından daha çox sərf edir.”

Əhalinin kartla alış-veriş etməsinin nə kimi təhlükələri var?

“Bir növ kölgə iqtsadiyyatı ilə mübarizə aparılır. Amma, burada bir məqam da var ki, əgər dövlət insanları bu ödəniş metoduna təşviq edirsə, kibercinayətkarlıqla mübarizə də yüksək səviyyədə olmalıdır. Düzdür, burada ən böyük məsuliyyət vətəndaşın üzərinə düşür. İnsanlar kart məlumatlarını heç kəsə verməməli, hər göndərilən linkə daxil olmamalı, hər saytda kartla ödənişi etməməlidir.

Kartla ödənişdə insanların çox pul xərcləmələrinə qaldıqda isə, müəyyən iqtisadi savadı olan insanlar düzgün istifadə edir kartdan. Bu fikirl də razıyam ki, kartdan istifadə daha çox pul xərcləməyə təşviq edir. Lakin, yuxarda qeyd etdiyim kimi az çox iqtisadi savadı olan insan büdcəsini ayarlaya bilir. Nağd ödəniş əllə verilir və insanlar istəmirlər ki, cibdə pul qurtarsın.”