Rəisinin helikopterinə atış açılıb? - İlk rəsmi hesabat
    • 24-05-2024, 08:21
    • 260

Rəisinin helikopterinə atış açılıb? - İlk rəsmi hesabat


İran Silahlı Qüvvələrinin Baş Qərargahı Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələrini dərc edib.

News24.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hesabatda bu məqamlar əksini tapıb:

- Helikopter planlaşdırılan marşrut üzrə hərəkətini davam etdirib və təyin olunmuş uçuş yolundan çıxmayıb;

- Helikopter qəzasından təxminən bir dəqiqə yarım əvvəl pilot uçuş qrupunun digər iki helikopteri ilə əlaqə saxlayıb;

- Qəzaya uğramış helikopterin qalan komponentlərində güllə izləri və ya oxşar hallar müşahidə olunmayıb;

- Qəzaya düşən helikopter dağa dəydikdən sonra alovlanıb;

- Ərazinin mürəkkəbliyi, duman və temperaturun aşağı olması səbəbindən kəşfiyyat əməliyyatı gecəyə qədər uzadılıb və gecə boyu davam etdirilib, bazar ertəsi səhər saat 5-də pilotsuz təyyarənin (İran) köməyi ilə qəzanın olduğu məkanın dəqiq yeri təyin olunub və o nöqtədə kəşfiyyat əməliyyatları aparılıb;

- Gözətçi qülləsinin uçuş heyəti ilə danışıqlarında heç bir şübhəli hal müşahidə edilməyib.