Zelenski legitimlik məsələsindən danışdı
    • 25-05-2024, 13:38
    • 150

Zelenski legitimlik məsələsindən danışdı

Ukrayna prezidenti Vladimir Zelenski mayın 20-dən sonra dövlət başçısı kimi qeyri-legitim olması ilə bağlı spekulyasiyalardan narahat olmadığını bildirib. 

News24.az xəbər verir ki, o, bu mövqeyini Qazaxıstan, Qırğızıstan və Özbəkistan media nümayəndələrinə müsahibəsində bildirib.

Bununla bağlı sualı cavablandıran Zelenski “Bu, məni çox narahat etmir” deyib.

Ukrayna lideri Ukrayna qanunları və Konstitusiyası ilə məsləhətləşməyi tövsiyə edib. Lakin hansı maddələrə istinad etdiyini açıqlamayıb.

Günel Məlikzadə