-
- 26-05-2024, 21:21
- 19 324
ƏHALİNİN NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...
Qobustan və Xəzər rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
News24.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
“Qaz İxrac” İdarəsinə məxsus “Mozdok-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin 279-cu km-də, “Yeni Binə” QPS-də giriş kollektorunun fləns birləşməsində aşkar olunmuş qaz sızmalarının ləğvi və “Zirə-Şimal DRES” magistral qaz kəmərində aparılacaq təmir işləri ilə bağlı 27.05.2024-cü il tarixində saat 11:00-dan etibarən işlər başa çatanadək “Mərəzə”, saat 10:00-dan isə “Yeni Binə-2 əhali”, “Yeni Binə-1 sənaye”,“Zirə 4”, “28 May sənaye”, ”Zirə Qəbul (Paralel)” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır", – İstehsalat Birliyi xəbərdarlıq edib.
Qeyd olunub ki, "təmir işləri aparılan müddətdə Qobustan rayonunun (Mərəzə şəhəri daxil olmaqla rayonunun 12 kəndi, 130 qeyri-yaşayış sahəsi) bir hissəsinin, paytaxtın Xəzər rayonunun (Binə sovxozu, Mehriban qonşular və Gürcüstanlılar yaşayış massivləri, Zirə qəsəbəsi, Dübəndi, Dənizkənarı küçəsi və 35 qeyri-yaşayış sahəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq".