Salyanda ağır qəza - Ölən var
    • 27-05-2024, 08:00
    • 188

Salyanda ağır qəza - Ölən var


Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

News24.az apa-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

Ağır vəziyyətdə olan piyada Şirvan xəstəxanasına çatdırlarkən aldığı xəsarətlərdən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.