Ermənistanla Gürcüstan arasında ƏLAQƏ KƏSİLDİ
    • 27-05-2024, 08:21
    • 193

Ermənistanla Gürcüstan arasında ƏLAQƏ KƏSİLDİ


Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” keçid məntəqəsi fəaliyyətini dayandırıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, buna səbəb Ermənistandakı əlverişsiz hava şəraiti səbəb olub.

Qeyd olunub ki, çayın daşması nəticəsində iki ölkəni birləşdirən yol zədələnib, Ermənistan tərəfdəki Baqrataşen keçid məntəqəsinin də işi dayandırılıb.

Hazırda yük maşınları “Ninotsminda” və “Ququti” keçid məntəqələrinə yönləndirilir.

Xatırladaq ki, Ermənistanın şimalında baş verən daşqın nəticəsində üç nəfər ölüb.