Ançelotti Arda Gülər ​​qərarını açıqladı
    • 27-05-2024, 14:30
    • 260

Ançelotti Arda Gülər ​​qərarını açıqladı

Real Madrid klubu Çempionlar Liqasının finalından əvvəl Madriddəki idman obyektlərində mətbuat günü tədbiri keçirib.

News24.az xəbər verir ki, bu mövsüm Çempionlar Liqasında heç bir matçda iştirak etməyən Arda Gülərlə bağlı sualları italyan baş məşqçi Ançelotti, "Arda istedadını və xüsusiyyətlərini son matçlarda göstərib. Arda şənbə günki final üçün faydalı ola bilər. O, əlimizdə olan variantlardan biridir" belə cavablandırıb.

Ançelotti, həmçinin finala çıxmaqla "Uğurlu bir mövsüm keçirdiklərini göstərdilər" deyə vurğulayaraq, "İndi şənbə gününə qədər bundan həzz alacağıq. Yaxşı iş gördük" deyib.

"Biz favorit olduğumuzu düşünmürük" Ancelotti, "Borussiya Dortmund yaxşı komanda olduğunu göstərib. PSJ və Atletico Madridi mübarizədən kənarlaşdırıb. Real Madrid bu tip turnirlər üçün doğulmuş çox xüsusi bir klubdur" deyə əlavə edib.

Qeyd edək ki, məşqçi kimi karyerasında 6-cı dəfə Çempionlar Liqasının finalına yüksələn və indiyə qədər 4 dəfə bu kuboku qazanan italiyalı çalışdırıcı, "Hər finalda eyni həyəcanı yaşayırıq. Həvəsim heç vaxt azalmayıb. Mənim komanda da mənə böyük inam verir” qiymətləndirməsini edib.

Günel Məlikzadə