Belarus Rusiya ilə birgə təlimlərə başladı
    • 27-05-2024, 18:23
    • 127

Belarus Rusiya ilə birgə təlimlərə başladı

Belarusda, mayın 17-də Rusiya ilə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin birgə təlimləri başlayıb.

News24.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlim zamanı müxtəlif aviasiya qüvvələrinin idarə olunması, eləcə də döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilməsi zamanı qarşılıqlı fəaliyyətin təşkili məsələləri işlənəcək.

Təlimlər zamanı əsas səylər dövlət və hərbi obyektlərin hava hücumlarından qorunması problemlərinin həllinə yönəldiləcək. 

Təlimlərə aviasiya hərbi hissələri, Belarus Silahlı Qüvvələrinin zenit-raket və radiotexniki qoşunlarının bölmələri, habelə Rusiya Hərbi Kosmik Qüvvələrinin kəşfiyyat, qırıcı və ordu aviasiya ekipajları cəlb olunub.

Qeyd edək ki, təlimlər mayın 31-dək davam edəcək.

Mehriban Mirzəzadə