-
- 10-05-2019, 18:35
- 1 376
Tahir Əmiraslanov: “Azərbaycanı dünya kulinariyasının paytaxtı edəcəyik”- FOTO- VİDEO
Ermənilər yenə də Azərbaycan milli mətbəxinin dünyada tanınmasına əngəllər törətməkdədirlər. Yaxın zamanlarda Dünya Kulinariya Təşkilatları Birliyinə üzv olacaqlarını iddia ediblər. Bunun qarşısının alınması üçün Azərbaycanda yeni təşkilatın yaradılacağı da bildirlir.
News24.-az-a müsahibə verən Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovla bu və ya digər mövzularda danışdıq:
- Hazırda Azərbaycan kulinarıyası bir sıra dünya təşkilatlarına üzvdür. Qarşımızda çox böyük bir məqsəd durur. Bildiyiniz kimi, bütün sahələrdə qloballaşma gedir, bu, gələn bir seldir. Qarşısında durmaq o qədər də asan məsələ deyil. Böyük otellərə gedirsən, görürsən ki, bizim mətbəximiz yoxdur. Azərbaycan mətbəxi xarici kulinarlar tərəfindən qloballaşdırlır. Beynimizə, ürəyimizə yeni dad salınır, bu da mətbəximizin və mədəniyyətimizin yoxa çıxmasına gətirib çıxarır. Çünki mətbəx mədəniyyətin ən konservativ hissəsidir. Rus alimi A.N.Kozlov deyir ki, millətlərin yoxa çıxması mətbəxin unutdurulmasından başlayır. Bu baxımdan, qloballaşmadan da öz xeyrimizə istifadə etmək lazımdır. Bununla da, əgər dünyadakı mətbəxlər qloballaşırsa, bunun önünə Azərbaycan, türk mətbəxini qoymalıyıq. Bizim mətbəxi formalaşdıran faktorlardan biri islam dinidir. Biz islam və türk mətbəxini qloballaşdıran zaman Azərbaycan mətbəxini önə qoymalıyıq ki, dünya bizim mətbəximizdə bütövləşsin. Azərbaycan 30 ilə yaxın çox sürətlə tanıdıldı. Amma restoran biznesində bu inkişaf hələ hiss olunmur. Biz 1990-cı ildən “Şah plov”, “qutab”, “fisincan” və digər yeməklərin restoranlarda verilməsini təlqin etdik. Amma bu azdır. Bundan sonra bir sıra təşkilatlar yaratmağa başladıq. Bu il iyul ayında Dünya İslam Kulinariya Konqresini keçirəcəyik. Qloballaşmanın önünə keçmək üçün 5 ölkə bir araya gələcəyik. İlk Dünya İslam Mətbəx Çempionatı də Azərbaycanda keçirilib. İkincisini də iyul ayında Bakıda keçiriləcək. Daha sonra dünyada ikinci bir təşkilat qeydiyyatdan keçdi ki, bu da Dünya Türk Xalqlarının Kulinariya Təşkilatıdır. Bu təşkilatın da, İslam təşkilatının da təsisçisi bizik. Biz bunun qərargahını Bakıda saxlayacağıq. Artıq üçüncü təşkilatın yaradılması işləri də aparılır. Bu təşkilat daha böyük sahələri əhatə edəcək. Bu üç təşkilatın adı ilə biz öz brendlərimizi önə çəkəcəyik. Bu təşkilata üzv olan ölkələr Türk-İslam-Azərbaycan mətbəxinin qloballaşmasında güclü inkişaf edəcəklər. Bununla həm xarici maliyyələnin Azərbaycana axınına səbəb olacaq, həm də Azərbaycan mətbəxi dünyada tanındıqca xarici ölkələrdə bu mətbəxə ehtiyac olacaq. Bu ehtiyacların arxasınca bizim iş adamlarımız gedəcək. Bununla bağlı Azərbaycan Sahibkarlar İttifaqı ilə da danışıqlar aparmışıq. Onlar da çox anlayışla qarşıladılar. Azərbaycandan heç nə çıxarılmadan- məsələn, Gədəbəydən kartof, Göyçaydan nar, şərablarımız və s. dünya bazarına çıxarılacaq. Azərbaycanın ərzaqları da qloballaşmanın önünə keçəcək.
- İndi ermənilər də Dünya Kulinariya Təşkilatları Birliyinə üzv olacaqlarını deyirlər...
- Biz 30 il idi ki, ermənilərin Dünya Kulinariya Təşkilatları Birliyinə üzv olmasına imkan vermirdik. Təəssüf ki, bizdən bir qrup ermənilərə xidmət edənləri Azərbaycana gətirdilər. Ermənistanın qarşısını Dünya Kulinariya təşkilatına açdılar. Dünya Kulinariya Təşkilatları Birliyində 115 ölkə var, onların hamısı bizi sevmir. Ora məktub göndərdilər, mənim adımı ləkələməyə çalışdılar. Bizim başımızı qatdılar. Indi ermənilər də yazırlar ki, ora üzv olacaqlar. Erməni mətbəxinin tanınmasına yol acacaqlar.
- Bu təşkilata üzv olsalar, bizə nə kimi maneələri ola bilər?
- Əlbəttə, çox maneçilik törədəcəklər. Çünki bilirsiniz ki, ermənilər bizdən fərqli olaraq xaricdə çox güclü maliyyə resurslarına, diasporaya malikdirlər. Diaspora təşkilatları onlara dəstək olsa, bir də görəcəksiz ki, Ermənistan dünya təşkilatının başında otururb. Biz çalışırıq bunun qarşısını alaq. Yaradılan üç təşkilatın nümayəndələri eyni zamanda Dünya Kulinariya Təşkilatının üzvləridir. Biz orada lobbiçiliyi genişləndirəcəyik. Bunun üçün mənə 4-5 il lazımdır ki, təşkilatın prezidenti türk olsun. Buna da nail olduq və dünya kulinariyasının başında biz duracağıq. Azərbaycanı dünya kulinariyasının paytaxtı edəcəyik.
- Sizi rüşvət almaqda, inhisarçılıqda, cinayət əməllərində ittiham etdilər. Siz də onları məhkəməyə verdiniz ...
- Mən məhkəməyə verməyəcəkdim. Çünki tanınan insanları bizdə söyürlər, təhqir edirlər, bu adət halı alıb. Biz buna dözümlü olmalıyıq. Amma bunların ermənilərin sifarişini yerinə yetirməsi bu, başqa bir şeydir. Mənə zərbə vurmaq üçün atılmış addımdır. Onların məqsədi məni gözdən salmaq, aşağılamaq idi. Dünya təşkilatına məktub göndərdilər ki, Tahir Əmiraslanov korrupsionerdi, şəxsi məqsədlərini güdür. Mən də buna görə məhkəməyə verdim. Bu təşkilatları araşdırsanız məni təhqir etməkdən başqa fəaliyyətləri yoxdur. Bu söhbətdən sonra onlar təşkilatlandılar.
- Sizə maddi ziyan dəydi, həm də işgüzar nüfuzunuz zədələndi. Bundan sonra da missiyanızı davam etdirə, belə insanlarla mübarizə apara biləcəksinizmi?
-Mən raketdən başqa bütün silahlardan istifadə etməyi bacarıram. Səhrada bir qrup hərbçini həm yemək, həm də su ilə tam təmin etməyi bacarıram. Ancaq mane oldular, sadəcə prosesləri gecikdirdilər. Mən tək deyiləm, arxamda xalqım, dövlətim durur. Mən bu milli yüməkləri özüm yaratmamışam, 4 min çeşiddəki ləziz dadları xalqımdan toplamışam. Mən bu millətin yaratdığı mətbəxi, onun mənimsənilməməsini müdafiə edirəm. Mən onlar kimi başqa işlərlə məşğil deyiləm. Heç vaxt elədiklərimi dilə gətirməmişəm. Sağ olsunlar, zəhmətimi qiymətləndirirblər də. Əəməkdar mədəniyyət xadimi adı, şöhrət ordeni verdilər. Mən qələbə çalmağı öyrənmişəm. O vaxt SSRİ Kulinariya Assosasiyasının təbliğat şöbəsinin rəisi idim, yəqin ki, məni o vəzifəyə seçəndə hansısa bacarığımı nəzərə alıblar. Sovet dövründə bacarırdımsa, indi də öhdəsindən gələcəm. Ermənilər sevinməsin ki, bir qrupun köməyilə gəlib nə isə etdilər. Keçə bilməyəcəklər...
- Belə deyirsiz, amma ermənilər öz əməllərindən geri qalmırlar...
- Düzdür, bütün yeməklərimizi öz adlarına çıxırlar. Amma Cənab Prezident İlham Əliyev 2011-ci ildə AMEA-nın proqram çıxışında söylədi ki, bizim mədəniyyətimizlə bərabər, ermənilər bizim milli mətbəx irsimizi də oğurlamaqla məşğuldurlar. Ermənilər dolmanı oğurlayıblar, amma ermənidən soruşulsa ki, dolma nədir, mənasını bilməyəcəklər. Dolmadan sonra lavaşa keçdilər, dedilər guya o, erməni çörəyidir. Biz mübarizə aparıb lavaşın türk çörəyi olduğunu hər kəsə sübut etdik. Bundan sonra bizə qarşı daha da sərt mübarizə aparmağa başladılar. Dolma ilə bağlı kitab çıxardıq, sağ olsun, Mehriban xanım Əliyeva bizə çox böyük dəstək verdi. 2011-ci ildə bizə daha böyük etimad göstərildi, Azərbaycan Mətbəxi Mədəniyyəti kitabını hazırladıq, Heydər Əliyev Fondu tərəfindən çap olundu, ingiliscə, fransıca bütün dünyaya yayıldı. Hazırda 26 markamız var, onun 5-i dolma ilə bağlıdır. İki festival etdik. YUNESKO-ya göndərilən sənədlərdə 300 çeşiddə dolma var idi. Əlbəttə, burada Mehriban xanım Əliyevanın Yuneskada olan böyük nüfuzu da bizə dəstək oldu. Bundan sonra 4 ilə yaxın biz Azərbaycanda səhər yeməyinin layihəsini hazırladıq. Reseplərini verdik, patent olundu ki, Azərbaycan otellərində tətbiq olunsun. Təəssüf ki, bu gün böyük otellər bundan istifadə etmir. Amma bir brend var, azərbaycanlı olmaq lazımdı, dünyanın hər yerində yerli səhər yeməyi verilir, sonra kontinental. Bizdə əksinə, səhər yeməyi verilmir. Mədəniyyət, Turizm Nazirliyi bizə müraciət edib tapşırdı ki, 1900 yeməyi işləyib pasportlaşdırıb, maddi-mədəni irs portalına verək. Hazırda bu iş üzərində çalışırıq. Biz də həmin, ermənilərə işləyən Turizmə və Milli Mətbəxə Dəstək İctimai Birliyinə müraciət etdik ki, 300 yeməyi də siz hazırlayın. Onların bunu hazırlayıb ortaya çıxaracaq potensialı yoxdur. Ona görə cığallıq eləməyə bşladılar, dolma haqda kitabmızı yoxlamağa başladılar ki, nəsə səhv tapsınlar. Amma onların bizdə səhv tutmağa gücləri çatmaz.
Afaq Mirayiq
Foto və video - Fərid Şabanov