-
- 28-05-2024, 17:04
- 200
Almaniyadan rekord sayda vətəndaşlıq
Almaniya Federal Statistika İdarəsi (Destatis) tərəfindən edilən açıqlamada, 2023-cü ildə təxminən 200 min 100 əcnəbinin Almaniya vətəndaşı olaraq vətəndaşlığa alınacağı açıqlanıb.
News24.az xəbər verir ki, vətəndaşlıq alanların sayı 2000-ci ildən bəri ən yüksək səviyyədə olub. Vurğulanıb ki, ötən il vətəndaşlığa qəbul edilənlərin sayı 2022-ci illə müqayisədə 31 min nəfər və ya 19 faiz artıb.
2023-cü ildə 157 fərqli ölkədən vətəndaşlara vətəndaşlıq verildiyi və vətəndaşlığa alınanlardan 75 min 500 nəfərinin suriyalı olduğu bildirilib. Suriyalıların vətəndaşlığa qəbul edilməzdən əvvəl Almaniyada orta hesabla 6,8 il qaldıqları bildirilib.
Siyahıda Suriyadan sonra Türkiyə, İraq, Rumıniya və Əfqanıstan yer alıb. Bildirilib ki, vətəndaşlığa qəbul edilənlərin orta yaş həddi 29,3 olub və onların əksəriyyəti kişilər olub.
Oktyabrdan sonra Almaniya vətəndaşlığını almaq istəyən israillilərin sayında da kəskin artım olub. 2024-cü ilin yanvar-aprel ayları arasında 6869 israilli Almaniya vətəndaşlığı üçün müraciət edib.
Bu rəqəm bütün 2022-ci ildə 5 min 670, 2023-cü ildə isə 9 min 129 olaraq qeydə alınıb.
Günel Məlikzadə