Ustad aktyor vəfat etdi
    • 30-05-2024, 16:45
    • 340

Ustad aktyor vəfat etdi

Rejissor Dərviş Zaimin çəkdiyi "Tabutda Rövaşata" filmindəki "Mahsun" obrazı ilə yadda qalan Türkiyəli ustad aktyor Əhməd Uğurlu dünyasını dəyişib.

News24.az xəbər verir ki, Cem Yılmaz Uğurlunun acı xəbərini açıqlayıb. Məşhur ad öz paylaşımında bu ifadələri qeyd edib:

“Uşaqlıq dostumuz, Mustafa qardaşımızın qardaşı, əziz böyük qardaşımız Ahmet Uğurlunun məkanı cənnət eləsin... Ailəsinə, bütün sevənlərinə səbr diləyirəm... Gənclik qəhrəmanımızdı, yatdığı yer rahat olsun..."

AHMET UĞURLU KİMDİR?

1952-ci ildə Konyada anadan olan Əhməd Uğurlu Ankara Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. Uğurlu aktyor Mustafa Uğurlunun böyük qardaşıdır. Bir çox teatr tamaşalarında və filmlərdə rol alan Ahmet Uğurlu “Tabutda Rövaşata” filmindəki performansı ilə tanınıb.

Xüsusilə 33. Qızıl Portağal Film Festivalında "Tabutda Rovaşata" filmindəki performansına görə; 1997-ci il Saloniki Film Festivalı, 9-cu Ankara Beynəlxalq Film Festivalı və Türkiyə Tənqidçilər Dərnəyi tərəfindən "Ən yaxşı kişi aktyor" mükafatına layiq görülüb.

Günel Məlikzadə