Yas mərasimində insident: tabut yerə çırpıldı - Şok səbəb - VİDEO
    • 11-05-2019, 21:49
    • 1 459

Yas mərasimində insident: tabut yerə çırpıldı - Şok səbəb - VİDEO

Qərbi Afrika ölkəsi olan Qanada yas mərasimlərində cənazə son mənzilə xüsusi rəqslərlə yola salınır. Rəqqaslar vida mərasiminə gələnlərin qarşısında tabutu çiyninə alıb rəqs edirlər.

Cənazə törənlərindəki bu adət ailənin acısını azaltmaq, səbirli, mətanətli olmağa səsləmək məqsədilə yerinə yetirilir.

News24.az xarici mətbuata istinadla xəbər verir ki, bir neçə gün öncə baş tutan törəndə hər kəsin gözləmədiyi olay baş verir. Rəqqaslar öz məharətlərini göstərmək istəyərkən çiyinlərindəki tabutu yerə salırlar.
Törəni göz yaşı ilə izləyən mərhumun ailəsi baş verənlərdən şoka düşür. Onlarla birgə rəqqaslar da cəsədin yerə düşməsindən çox sarsılırlar.